EN

Araz çayında balıqlar kəskin azalıbVİDEO

Bir neçə ildir ki, Araz çayında balıqların kəskin azalması müşahidə edilir. Xüsusən də iriçəkili balıqları tutmaq, görmək mümkün olmur.

Xezerxeber.az-ın məlumatına görə, həvəskar balıqçıların fikrincə, indi gərək günlərlə Araz çayının kənarında durasan ki, bəlkə bir normal ölçülü balıq tuta biləsən. Bəzi balıq növləri isə var ki, artıq onların Araz çayında mövcudluğu əfsanəyə çevrilib.

Araz çayında balıqların kütləvi azalması bir neçə səbəblə əlaqələndirilir. Əsas səbəblərdən biri iqlim dəyişikliyi nəticəsində çaylarda suyun kəskin azalmasııdr. Araz çayı balıqların kürüləməsi üçün ən əlverişli məkanlardan biridir. Amma son vaxtlarda çayda suyun səviyyəsinin kəskin azalması balıqların da bu əraziyə miqrasiyasına böyük təsir göstərir.

Digər səbəblər sırasında isə insan amili dayanır. Brakonyerlərin qanunsuz fəaliyyəti balıqların da məhv olmasına gətirib çıxardır.

Balıqçılar həmçinin onu da bildirirlər ki, balıq ehtiyyatının qorunması üçün mütləq mühafizə tədbirlərini gücləndirmək lazımdır.

Görünən odur ki, ciddi tədbirlər görülmsə, növbəti bir neçə ildə Araz çayında balıq tutmaq müşkülə çevriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
49
3
xezerxeber.az

4Sources