EN

Rusiyanın İranda daha bir konsulluğu BAĞLANDI

ain.az, Redaktor.az saytına istinadən bildirir.

İrandakı münaqişə səbəbindən Rusiyanın İsfahandakı Baş Konsulluğu fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə diplomatik qurumun məlumatında deyilir:

 "Mövcud vəziyyətlə əlaqədar olaraq, Rusiyanın İsfahandakı Baş Konsulluğu fəaliyyətini müvəqqəti olaraq dayandırır. Konsulluq qəbulunun bərpası daha sonra elan ediləcək".

Rusiya vətəndaşlarına kömək üçün qaynar xəttə zəng etmələri tövsiyə olunub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, bundan əvvəl, 8 martda Baş Konsulluq yaxınlıqdakı vilayət qubernatorunun ofisinə edilən hücum nəticəsində zərər görüb.

O, ofis binasında və yaşayış mənzillərində pəncərələrin sındığını və bir neçə işçinin partlayış dalğası nəticəsində geri yıxıldığını, lakin ölən və ya ciddi xəsarət alan olmadığını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
3
redaktor.az

10Sources