EN

“Barselona” 100 milyon avro ödəməyə hazırdır - Argentinalı hücumçu üçün

“Barselona” yay transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların diqqət mərkəzində “Atletiko”nun forvardı Xulian Alvares dayanır.

“Barselona” argentinalı futbolçunun keçidi üçün maksimum 100 milyon avro (bonuslar daxil olmaqla) ödəməyə hazırdır.

Ancaq “Atletiko”nun bu məbləğlə razılaşacağı ehtimalı yüksək sayılmır. Bu səbəbdən, mümkün transferin reallaşması üçün Alvaresin özü də Kataloniya klubuna keçməkdə israr etməli ola bilər.

“Transfermarkt” portalı 26 yaşlı hücumçunun bazar dəyərini 100 milyon avro qiymətləndirir.

Chosen
27
sportinfo.az

1Sources