EN

"Avrokuboklara getməməyimiz faciə olmaz" - Yuri Vernidub

"Neftçi" Misli premyer-liqasının 24-cü tur matçında "Qəbələ"yə qalib gəldi - 3:1.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyunsonrası mətbuat konfransında iştirak edib. Onun matç haqda fikirləri:

"Azarkeşlərə təşəkkür edirəm. "Qəbələ" uduzmağına baxmayaraq onların oyunu mənim xoşuma gəlir. Hakimliklə bağlı onu deyə bilərəm ki, bu cür davam etsə, hər şey yaxşı olacaq. Qəbələdə çox gözəl futbol mərkəzi var. Stadion superdi. Məşq üçün də çox gözəl meydançaları var."

Avrokuboklara vəsiqə uğrunda mübarizə mövzusuna da toxunan mütəxəssis bunları deyib:

"Avrokuboklara getməməyimiz faciə olmaz, sadəcə xoşagəlməz hadisə olar. Bir neçə namizəd var. Əlimizdən gələni edəcəyik. Hələ 10 tur qalıb. Uğur bizim əl, ayaq və bədənimizdən asılıdı".

Ötən turda keçirilən "Turan Tovuz"la matçdan sonra rəqibin baş məşqçisi Kurban Berdıyevlə görüşməsindən sonra Ukrayna mətbuatında xoş qarşılanmamasından da söz açan Vernidub məsələyə belə yanaşıb:

"Yazılanlar mənə maraqlı deyil. Bilmirəm, Berdıyevin neçə pasportu var. Bildiyim qədərilə o, türkməndi. Şəkillərdə nə qoyduğunu da bilmirdim. Qısası, müharibənin ilk günündə necə idimsə, indi də eləyəm. Kimlər ki, bu barədə yazırlar, desinlər görək dörd il ərzində nə ediblər? Mənim 60 yaşım var, nə qədər istəsələr provokasiyaya cəlb etsinlər. Mən futboldayam və işimə davam edirəm."
Chosen
49
5
football-plus.az

7Sources