Premyer Liqasının 24-cü turunda “Qəbələ” doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb:
“Fikrimcə, bərabər bir oyun keçdi. Oyuna çox yaxşı başlamışdıq. Təəssüf ki, çox sadə qollar buraxdıq. Bu səviyyədə belə səhvlərə yol vermək olmaz. Hələ ki, “Neftçi” kimi komandalara qarşı. Psixoloji baxımından işləmək lazımdır. Görünən odur ki, futbolçularda psixoloji baxımdan problem var. Fiziki cəhətdən hər hansı bir problemimizin olduğunu düşünmürəm.