EN

Elmin Əliyev Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi olub.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, o, finalda gürcü rəqibi Tornike Mikeladzeni 3:2 hesabı ilə üstələyib.

Bununla da turnirdə Azərbaycanın Avropa çempionlarının sayı 3-ə çatıb.

Daha əvvəl Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu adını qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan 6 bürünc medal qazanıb.

Chosen
67
7
olke.az

8Sources