EN

“Məsuliyyət Trampın müşavirləri daşıyır...” Əraqçi eskalasiyaya səbəb olanları AÇIQLADI

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

İrandakı hərbi əməliyyatlara və qan tökülməsinə görə məsuliyyəti ABŞ Prezidenti Donald Trampın müşavirləri daşıyır.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

"Ədalətli və bərabərhüquqlu razılaşmanın tamamilə əldə edilə biləcəyini nəzərə alsaq, Birləşmiş Ştatlar Prezidentinə yanlış tövsiyələr verənlər tökülən qana görə məsuliyyət daşımalıdırlar", - o qeyd edib.

Əraqçi vurğulayıb ki, Yaxın Şərqdəki eskalasiya həm İran, həm də Amerika xalqına zorla qəbul etdirilib.

Daha əvvəl İran diplomatiyasının rəhbəri bildirmişdi ki, Tehran aktual məsələlərlə bağlı atəşkəs və ya danışıqların aparılması xahişi ilə heç vaxt Vaşinqtona müraciət etməyib. Əraqçi həmçinin vurğulayıb ki, İran tərəfi yalnız Amerika obyektlərinə, infrastrukturuna və hərbi bazalarına zərbələr endirir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Nəticədə ölkənin ali lideri Əli Xamenei və bir sıra yüksəkvəzifəli məmurlar öldürülüb. Bundan sonra İran təkcə İsraildə deyil, həm də ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdə - Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirməyə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
53
5
azpolitika.info

7Sources