EN

Çin “Yaogan-50 02” peykini orbitə çıxarıb

Bakı. Trend:

Çinin “Changzheng-6A” (“Böyük yürüş – 6A”) raket daşıyıcısıbazar günü mülki istifadə üçün nəzərdə tutulan “Yaogan-50 02”məsafədən zondlama kosmik aparatını orbitə çıxarıb.

Trend xəbər verirki, bu barədə CGTN məlumat yayıb.

Orta sinifli “Changzheng-6A” daşıyıcısı Çinin şimalında yerləşənŞansi əyalətindəki Tayyuan kosmodromundan buraxılıb. Kosmik aparatştat rejimində 500 kilometr hündürlükdə yerləşən hədəf orbitinəuğurla çatdırılıb.

“Yaogan” seriyasına aid peyklər əsasən ərazilərin topoqrafikxəritələşdirilməsi, kənd təsərrüfatı sahələrinin və məhsuldarlığınmonitorinqi, həmçinin təbii fəlakətlər barədə erkən xəbərdarlıqsistemlərində istifadə olunur. Bununla yanaşı, bəzi müstəqil Qərbanalitikləri bu peykləri kəşfiyyat məqsədli kosmik aparatlara aidedirlər.

“Yaogan” kosmik aparatı Çin Aerokosmik Elm və TexnikaKorporasiyasının törəmə qurumu olan Çin Kosmik TexnologiyalarAkademiyası tərəfindən hazırlanıb.

Chosen
26
6
az.trend.az

8Sources