EN

ÜST Yaxın Şərqdə humanitar yardım üçün 2 milyon dollar ayırıb

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərqdə davam edən böhranfonunda təxirəsalınmaz yardım fondundan Livan, İraq və Suriyayaümumilikdə 2 milyon dollar vəsait ayırıb.

Trend xəbər verirki, təşkilat münaqişə nəticəsində regionda genişmiqyaslı əhaliköçünün baş verdiyini bildirib.

Məlumata görə, təkcə Livanda 700 minə qədər insan ölkə daxilindəməcburi köçkünə çevrilib.

ÜST Livana 1 milyon dollar ayırıb. Bu vəsait fövqəladə hallardakoordinasiyanın gücləndirilməsi, yaralıların müalicəsi,xəstəliklərə nəzarətin artırılması, həmçinin əsas dərman və tibbiləvazimatların alınması və paylanmasına yönəldiləcək.

Bundan əlavə, İraq və Suriyanın hər birinə 500 min dollarayrılıb. Bu vəsait fövqəladə vəziyyətlərdə koordinasiyanındəstəklənməsi, kütləvi yaralanma hallarının idarə olunması, əsasdərman və tibbi ləvazimatların təmin edilməsi, məcburi köçkünlərəsəhiyyə xidmətlərinin göstərilməsi, xəstəliklərə nəzarət və ictimaimaarifləndirmə tədbirlərinin gücləndirilməsi üçün istifadəolunacaq.

Chosen
33
az.trend.az

1Sources