EN

Keniyada daşqınlar nəticəsində 62 nəfər ölüb

Bakı. Trend:

Keniyada son bir həftə ərzində şiddətli yağışlar səbəbindən başverən daşqınlar nəticəsində ən azı 62 nəfər həyatını itirib.

Trend xəbər verirki, bu barədə "BBC News" məlumat yayıb.

Ötən həftə yağan güclü yağışlar qəfil daşqınlara səbəb olub.Çaylar məcrasından çıxaraq evləri su altında qoyub, yollara,elektrik xətlərinə və su təchizatına zərər vurub. Nayrobidəkörpülər zədələndiyindən bir neçə yol bağlanıb, şənbə günü başverən leysan yağışdan sonra isə bir neçə məktəb su altındaqalıb.

Keniyanın Daxili İşlər Nazirliyi bazar günü xəbərdarlıq edərəkbildirib ki, ölkənin bəzi bölgələrində güclü yağışlar davam edir vədaşqın riski yüksəkdir.

Hakimiyyət orqanları düzənlik ərazilərdə yaşayan sakinləri dahatəhlükəsiz yerlərə köçməyə çağırıb. Artıq 2000-dən çox insansığınacaq axtarmaq üçün evlərini tərk etmək məcburiyyətindəqalıb.

Polis bildirib ki, ölkənin müxtəlif bölgələrinə təsir edən güclüyağışlar və ardınca baş verən dağıdıcı daşqınlar səbəbindənaxtarış-xilasetmə əməliyyatları davam edir.

Chosen
65
az.trend.az

1Sources