EN

Vinisius Juniorun sevgilisi gündəmi silkələdi: Sosial şəbəkələr ikiyə bölündü

İspaniyanın “Real” futbol komandasının braziliyalı ulduzu Vinisius Juniorun sevgilisi son günlər sosial şəbəkələrin əsas mövzusuna çevrilib.

İdman.Biz xəbər verir ki, gənc xanımın gözəlliyi qısa müddətdə böyük maraq doğursa da, bu münasibət ətrafında yaranan müzakirələr istifadəçiləri iki cəbhəyə ayırıb.

Futbolçunun sevgilisinin fotoları internetdə sürətlə yayılıb və minlərlə şərh toplayıb. Mövzu təkcə idman mətbuatında deyil, həm də maqazin dünyasında geniş rezonans doğurub.

Bəzi istifadəçilər bu münasibətin təməlində maddi maraqların dayandığını iddia edərək, “pul olmasaydı, ona baxmazdı” kimi sərt şərhlər yazıblar. Lakin bir çoxları bu fikirlərlə razılaşmayaraq, münasibətləri maddiyyatla əlaqələndirməyin yanlış olduğunu və bunun həqiqi sevgiyə dayandığını müdafiə ediblər.

İdman.Biz
Chosen
47
1
idman.biz

3Sources