EN

Səudiyyə Ərəbistanının şərqində daha 30 İran dronu zərərsizləşdirilib

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri İran ərazisindən göndərilmiş daha 30 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

"Far.Az" xəbər verir ki, müvafiq məlumatı krallığın müdafiə qurumu yayıb.

Məlumata görə, son bir neçə saat ərzində sayı altı, beş, üç, doqquz və yeddi ədəd olan beş dron qrupu ələ keçirilib.

Bütün PUA-lar şərq əyaləti Əş-Şərqiyyə üzərindəki hava məkanında vurulub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Chosen
54
far.az

1Sources