EN

“ABŞ məğlubiyyəti qəbul edib?” SEPAH: Vaşinqton İranla atəşkəsi müzakirə etməyin yollarını axtarır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ artıq faktiki olaraq məğlubiyyətini qəbul edib və İranla hərbi əməliyyatların dayandırılması barədə razılaşmanın yollarını düşünür.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Nəini bəyan edib.

Eyni zamanda ABŞ Dövlət Departamenti İran raketinin mümkün qalıqlarının İsraildə ABŞ konsulunun iqamətgahı yerləşən binaya düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Qurumun açıqlamasına görə, hadisə nəticəsində amerikalı personal arasında xəsarət alan olmayıb.

Bundan başqa, SEPAH nümayəndəsi Əli Məhəmməd Nəinin sözlərinə görə, İranın ali rəhbəri ayətullah Əli Xamenei hələ sağlığında ABŞ və İsrailin mümkün hücumu halında həyata keçiriləcək hərbi əməliyyat planını təsdiqləyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
bizimyol.info

1Sources