EN

Eyyub Kərimli: “Çində yanacağın bahalaşması qlobal enerji bazarına təsir göstərə bilər”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Çində yanacağın qiymətində baş verən artımların qlobal enerji bazarına təsiri barədə fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, o bildirib ki, artıq Çində yanacağın qiymətində artımlar müşahidə olunur. Onun sözlərinə görə, benzinin tonunda təxminən 100 dollar, dizelin tonunda isə 80 dollar artım qeydə alınıb.

"Bu proseslər beynəlxalq siyasi və iqtisadi maraqların toqquşması fonunda baş verir. Onun fikrincə, ABŞ-ın Venesuela və İrana qarşı həyata keçirdiyi addımların əsas məqsədlərindən biri Çin iqtisadiyyatının zəiflədilməsi ilə bağlıdır. Çin uzun illərdir bu ölkələrdən nisbətən ucuz neft alaraq öz sənayesini, xüsusilə avtomobil sənayesini inkişaf etdirib və dünya bazarlarında mövqeyini gücləndirib. O əlavə edib ki, bu ticarətin bir hissəsi ABŞ dolları ilə deyil, Çin yuanı ilə aparılır ki, bu da ABŞ-ın iqtisadi maraqları ilə ziddiyyət təşkil edir".

Ekspertin sözlərinə görə, ABŞ-ın atdığı addımlar bir neçə strateji məqsədə xidmət edir:

  • Çin iqtisadiyyatının zəiflədilməsi

  • Dolların qlobal mövqeyinin gücləndirilməsi

  • Dünya bazarlarının ABŞ-dan asılı vəziyyətdə saxlanılması

  • Neft resursları və qiymətlərinə nəzarətin artırılması

QHT sədri hesab edir ki, qlobal enerji bazarında baş verən bu dəyişikliklər yaxın dövrdə beynəlxalq iqtisadi münasibətlərə və enerji qiymətlərinə ciddi təsir göstərə bilər.

 

Pərvanə Fərhadqızı

Chosen
19
qht.az

1Sources