EN

Bağdaddakı ABŞ səfirliyinin yaxınlığında PUA vuruldu



Bağdaddakı ABŞ səfirliyinə yönəlmiş pilotsuz təyyarə İraq paytaxtının mərkəzi hissəsində vurulub.

Bu barədə Qətərin Əl-Cəzirə televiziya kanalı xəbər verib.

İraq təhlükəsizlik mənbələrinin kanala bildirdiyinə görə, hava hücumundan müdafiə sistemləri şəhər mərkəzindəki ABŞ diplomatik missiyasının yaxınlığında pilotsuz təyyarəni tutaraq məhv edib. Səfirliyin yerləşdiyi ərazidə hava hücumu sirenləri səslənir.

SAMİRƏ

Chosen
48
baki-xeber.com

1Sources