EN

KİV: Tramp İranın Hark adasındakı neft obyektlərinin ələ keçirilməsi variantını nəzərdən keçirir

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp İranın Hark adasında yerləşən neft infrastrukturu üzərində nəzarətin ələ keçirilməsi məqsədilə mümkün hərbi əməliyyat variantını nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Tramp hesab edir ki, Hark adasındakı infrastruktura nəzarətin ələ keçirilməsi Tehranın neft gəlirlərinin böyük hissəsindən məhrum olmasına səbəb ola bilər.

Eyni zamanda qeyd olunur ki, ABŞ İranın region ölkələrinin neft obyektlərinə cavab zərbələri endirə biləcəyindən ehtiyat edir.

“Burada həm böyük risklər, həm də böyük imkanlar var. Prezident hələ bu məsələ ilə bağlı qərar qəbul etməyib və biz onun mütləq belə bir addım atacağını demirik”, – deyə mənbələrdən biri qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
4
apa.az

5Sources