EN

İsveçrə ABŞ nin 2 müraciətini rədd etdi

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçrə höküməti ABŞ-nin hərbi təyyarələrin bu ölkənin hava məkanı üzərindən uçması ilə bağlı 2 müraciətini rədd edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət rəsmiləri bunu İsveçrənin neytral ölkə olması ilə əlaqələndiriblər.

Son bir neçə gündə bu tip bir neçə müraciət daxil olub. Onlardan ikisi dolayısı ilə Yaxın Şərqdəki münaqişəylə əlaqəli olduğu üçün rədd edilib. Buna rəğmən, ölkənin hava məkanı ABŞ təyyarələri üçün humanitar, tibbi və adi nəqliyyat üçün açıq saxlanılır.

Qeyd edək ki, İsveçrə 1815-ci ildən beynəlxalq aləmdə neytral ölkə kimi qəbul olunub.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
525.az

1Sources