16 yaşlı azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın məşhur "Autodromo Internacional do Algarve" trasında "Formula 4" bolidi ilə ikinci test sessiyasını müvəffəqiyyətlə tamamlayıb.
Offsideplus.az xəbər verir ki, kartinq karyerasından sonra peşəkar "Formula" yarışlarına keçid edən gənc pilot, intensiv keçən sessiyalar zamanı çətin hava şəraitinə və yolda baş verən qəzalara baxmayaraq, bütün çıxışlarını qəzasız bitirməyi bacarıb.
Onun növbəti test yürüşünün üç ay ərzində İtaliyanın "Monza" trasında keçirilməsi planlaşdırılır.