EN

Qəbul imtahanlarının tarixi ELAN OLUNDU

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsinin I cəhdinin keçirilmə tarixləri müəyyənləşdirilib. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

AzEdu.az xəbər verir ki, məlumata görə, II və III ixtisas qrupları üzrə qəbul imtahanı 24 may tarixində keçiriləcək. I və IV ixtisas qrupları üzrə imtahan isə 7 iyun tarixində təşkil olunacaq. Həmin gün həmçinin coğrafiya fənni üzrə əlavə imtahan da baş tutacaq.

Qeyd edək ki, imtahanlarda iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat 16–29 aprel tarixlərində aparılacaq.

Ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Chosen
34
azedu.az

1Sources