EN

Naxçıvanda kredit adı ilə kiber dələduzluq edən şəxs saxlanılıb

Bakı.Trend:

Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindənvətəndaşlara qarşı törədilən kiber dələduzluq faktı ilə bağlıəməliyyat tədbiri həyata keçirilib. Daxil olmuş müraciətlərəsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsindəhadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatovasaxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.

Bildirilib ki, araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşıkimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65,077-104-44-08, 077-349-96-82 və digər nömrələr, eləcə də “TikTok”platformasında “ azturan83 ”, “ turanbank_az ”, “ azeturanbank ” və“ krediagro ” adlı səhifələr vasitəsilə vətəndaşlara kreditveriləcəyi vədi ilə 50-yə yaxın şəxsi aldadaraq talama əməlləritörətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Chosen
33
20
az.trend.az

10Sources