Böhranın əsas səbəbi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra enerji təchizat zəncirində yaranan pozuntular hesab olunur. Fars körfəzi ölkələrindən qaz idxalından ciddi şəkildə asılı olan Cənubi Asiya dövlətləri yaranmış vəziyyətdən ən çox zərər görən tərəflər sırasındadır. Məlumata görə, Hindistanda krematoriyalar qaz qıtlığı səbəbindən elektrik sobalarına keçməyə məcbur olub. Restoranlar isə iş saatlarını azaltmaqla yanaşı, qızardılan yeməkləri menyudan çıxarmağa başlayıblar.
Pakistanda vəziyyət daha sərt tədbirlərlə müşayiət olunur. Belə ki, dövlət qulluqçuları üçün dördgünlük iş həftəsi tətbiq edilib, məktəblər isə müvəqqəti olaraq bağlanıb. Banqladeşdə isə universitetlərdə dərslər dayandırılıb və qaz istehlakına ciddi məhdudiyyətlər qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31