Bakı. Trend:
Ali məktəblərə qəbul imtahanının II cəhdinin I mərhələsi mayın24-ü və iyunun 7-si keçiriləcək.
Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumatverilib.
Bildirilib ki, mayın 24-də II və III, iyun 7-də isə I və IVixtisas qrupları üzrə imtahan baş tutacaq.
Bununla yanaşı, coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-dəkeçiriləcək.
Yuxarıda bəhs edilən imtahanlara qeydiyyat 16-29 apreltarixlərində aparılacaq.