EN

İran müharibəni nə vaxta qədər aparacağını açıqladı...-RƏSMİ

İranın xarici işlər naziri Abbas Əraqçi özünün "X" səhifəsində bildirib ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikasına qarşı təcavüzkarlıq səhvini anlayana qədər İran mübarizə aparacaq .
 
Moderator.az xəbər verir ki, bu haqda "Nezavisimaya qazeta" məlumat yayıb.
 
"Güclü silahlı qüvvələrimiz ABŞ prezidenti həm amerikalılara, həm də iranlılara qarşı tətbiq etdiyi qanunsuz müharibənin səhv olduğunu və heç vaxt təkrarlanmamalı olduğunu başa düşənə qədər mübarizəni davam etdirəcək. Müharibənin qurbanlar da kompensasiya almalıdırlar", - deyə o yazıb.
 
Daha əvvəl Amerikanın "CBS" televiziya şirkətinə verdiyi müsahibədə Əraqçi bildirib ki, Tehran Vaşinqtonla danışıqlara başlamaq üçün heç bir əsaslı səbəb görmür və bunu tələb etməyib.
 
 
 
Chosen
41
9
moderator.az

10Sources