EN

Tramp: İran heç vaxt USS Abraham Linkoln təyyarədaşıyan gəmisinə hücum etməyib



ABŞ prezidenti Donald Tramp İranın USS Abraham Linkoln (CVN-72) təyyarədaşıyan gəmisinə "heç vaxt hücum etmədiyini" və paylaşılan şəkillərin orijinal olmadığını iddia edib.
Tramp Florida ştatında həftəsonu tətilindən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin Yaxın Şərqdəki hadisələrlə bağlı suallarını cavablandırıb.ABŞ prezidenti Tramp deyib: "Onlar dünyanın ən böyük gəmilərindən biri olan USS Abraham Linkolna hücum etdiklərini iddia ediblər. Hətta gəminin yanmasının görüntülərini də paylaşıblar".

Tramp İranın iddialarını təkzib edərək bildirib ki, "Bu gəmiyə heç vaxt hücum edilməyib, heç vaxt yanmayıb". O, həmçinin paylaşılan görüntülərin orijinal olmadığını iddia edib.

Tramp bir daha ABŞ-ın beş yanacaq doldurma təyyarəsinin vurulması ilə bağlı məlumatları təkzib edərək, onlardan dördünün "heç bir zərər görmədiyini, yalnız birinin kiçik zərər gördüyünü" bildirib.

İran mediası şənbə günü dərc olunan xəbərlərdə USS Abraham Linkolnun (CVN-72) İran silahlı qüvvələri tərəfindən "zərərsizləşdirildiyini" iddia edib.

aia.az
Tərcümə şöbəsi



Chosen
32
aia.az

1Sources