"Turan Tovuz"un qapıçısı Sergey Samokun uzun müddətdir davam edən məhsuldar "quru seriyası" başa çatıb.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən "Kəpəz"lə səfər qarşılaşması (1:1) rusiyalı qolkiper üçün əlamətdar olub. Belə ki, matçın 55-ci dəqiqəsində Rəhman Hacıyevin vurduğu qol Samokun bu mövsüm ilk dəfə topu qapısından çıxarmasına səbəb olub.
Maraqlıdır ki, sonuncu dəfə ötən mövsümün 34-cü turunda (10 may 2025-ci il) "Neftçi" ilə oyunda qol buraxan Sergey, o vaxtdan bəri düz 812 dəqiqə qapısını toxunulmaz saxlamışdı. Bu müddət ərzində o, 8 oyun ard-arda rəqiblərinə qol sevinci yaşamağa imkan verməyib.
Bu göstərici ilə Samok Azərbaycan çempionatları tarixində 800 və daha çox dəqiqəlik "quru seriya" müəllifi olan 9-cu qapıçı kimi tarixə düşüb.
1. Nizami Sadıqov ("Turan") – 1106 dəqiqə
2. Xalidu Sissoko ("Bakı") – 985
3. Xalidu Sissoko ("Bakı") – 971
4. Camaləddin Əliyev ("Qarabağ") – 958
5. Pavel Doroşev ("Qəbələ") – 952
6. Elxan Həsənov ("Neftçi") – 943
7. Dmitri Bezotosnı ("Qəbələ") - 915
8. Boyan Pavloviç ("Qarabağ") – 828
9. Sergey Samok ("Turan Tovuz") - 812