“Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanatda da qeyd etdiyi kimi Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Bu il Azərbaycan qaz hasilatını artırmağı planlaşdırır. Ancaq bununla yanaşı biz enerjinin digər istiqamətlərində də inkişafı planlaşdırırıq. Bərpaolunan enerji ilə bağlı da Azərbaycanda böyük potensial var. Külək, günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırılır. Cənab prezidentin də qeyd etdiyi kimi beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaq əsas planlardan biridir. Hazırda Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışmalar aparılır. Ölkəmizdə həyata keçirilən enerji siyasəti, dünyada baş verən hadisələr gün keçdikdə Azərbaycanın həm Avropa üçün, həm də region üçün əhəmiyyətini artırır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti bu gün bizi güclü bir ölkəyə çevirmişdir. Bu baxımdan enerji layihələrinin həyata keçirilməsi üçün imkanlarımız yetərincədir. Artıq məlumdur ki, Külək və Günəş enerjisinin Azərbaycanda böyük potensialı var”.