Qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Day.Az-a verilən məlumata görə, bu ayın bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırılıb.
Bildirilib ki, bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib.