EN

Tramp: Əyləncə üçün bir neçə dəfə atəş aça bilərik

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp NBC-yə telefon müsahibəsində cari hadisələrlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, mövcud şərtlər daxilində İranla razılaşma əldə etmək istəmədiyini bildirən Tramp deyib: “İran razılaşma istəyir, lakin mən hələlik buna getmək istəmirəm, çünki şərtlər kifayət qədər yaxşı deyil”.

Tramp mümkün razılaşma üçün şərtlərin “çox sərt və möhkəm” olmalı olduğunu vurğulayıb. O, İrana qarşı son hücumlarla bağlı bildirib ki, "Biz Hark adasını tamamilə məhv etdik, amma əyləncə üçün bir neçə dəfə daha hücum edə bilərik".

İranın müdafiə imkanlarını böyük ölçüdə sıradan çıxardıqlarını iddia edən Tramp bildirib: “Biz onların raketlərinin əksəriyyətini zərərsizləşdirdik. Pilotsuz uçuş aparatlarının böyük hissəsini məhv etdik. Onların raket və pilotsuz aparat istehsalını isə böyük ölçüdə dayandırdıq. Bunlar iki gün ərzində tamamilə məhv ediləcək”.

Tramp əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı da daxil olmaqla ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri “çox səbirli davranıblar” və “lazımsız şəkildə hədəfə alınıblar”.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
icma.az

2Sources