EN

Ümumdünya Şəhərsalma Forumu bu ərazidə keçiriləcək – TİKİNTİ APARILIR

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı hazırlıq işləri davam etdirilir. Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionu ərazisində tikinti və quraşdırma işləri intensiv şəkildə aparılır.

Bizim.Media xəbər verir ki, tədbirin yüksək səviyyədə təşkili üçün hazırda stadion ərazisində müvəqqəti pavilyonların qurulması, konfrans zallarının hazırlanması, texniki infrastrukturun yaradılması və logistika işləri sürətlə davam edir.

Mütəxəssislər tərəfindən aparılan işlər forum iştirakçıları üçün rahat və müasir şəraitin təmin edilməsinə yönəlib.

Qeyd edək ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 mayın 17-22-də Bakı şəhərində keçiriləcək.

Bizim.Media

Chosen
6
1
bizim.media

2Sources