EN

Futbolda bu da oldu: Rəqibini intim nahiyədən çimdiklədi və qovuldu

“Xetafe” ilə “Atletiko” arasında keçirilən La Liqa matçında qalmaqallı və eyni zamanda olduqca kuryoz hadisə baş verib.

Publika.az xəbər verir ki, meydan sahiblərinin müdafiəçisi Abdel Abkar rəqib komandanın hücumçusu Aleksander Sörlotla yaşanan insidentdən sonra meydandan qovulub.

Hadisə görüşün 55-ci dəqiqəsində baş verib. Həmin anda top oyunda olmayıb və futbolçular bir-birinə yaxın vəziyyətdə olublar. Kameralar Abkarın rəqibinin intim nahiyəsinə toxunduğunu qeydə alıb.

Əvvəlcə baş hakim epizodu görməyib. Lakin VAR sisteminin xəbərdarlığından sonra o, epizodu təkrar izləyib və futbolçuya birbaşa qırmızı vərəqə göstərib.

Oyundan sonra matçın baş hakimi Arias rəsmi hesabatında vəziyyəti matçın protokolunda ətraflı izah edib. Onun qeydinə görə, qırmızı vərəqənin səbəbi futbolçunun top oyunda olmadığı anda rəqibini qəsdən cinsiyyət orqanından çimdikləməsi olub.

Chosen
14
publika.az

1Sources