EN

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Doğru.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

“Vətən uğrunda” medalı ilə

Hüseynov Ramil Arif oğlu – mayor

“Hərbi xidmətlərə görə” medalı ilə

Mövlayev Samir Yaqub oğlu – mayor

Abbasov Elsevər Məhəmməd oğlu – kapitan

Eldarov Zaur Səvzixan oğlu – kapitan

Hüseynov Elçin Allahverdi oğlu – kapitan

Fərzəliyev İlkin Mirzə oğlu – leytenant

Vahabzadə Şahin İdayət oğlu – leytenant

Adamov Xəyal Fikrət oğlu – baş çavuş

Hacızadə Səbuhi Elşən oğlu – baş çavuş

Qəhrəmanzadə Elman Qəhrəman oğlu – baş çavuş.

DOĞRU.AZ

Chosen
26
43
dogru.az

10Sources