EN

İlbər Ortaylının ölümündən öncə Altaylıdan son xahişi

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Mənə zəng edib dedi ki, əməliyyat olunacağam, ondan əvvəl bir veriliş çəkək.

Kult.az xəbər verir ki, bunu türkiyəli jurnalist Fateh Altaylı mərhum professor, tarixçi İlbər Ortaylının vəfatı ilə bağlı qeyd edib.

“Mən isə hələ veriliş çəkmədiyimi və xəstəxanadan çıxdıqdan sonra çəkə biləcəyimi bildirdim. Niyə əməliyyatdan əvvəl çəkmək istədiyini anlayırdım.

Daha sonra dedi ki, çək, sonra yayımlayarsan, Cəlala de, o da gəlsin. Cəlal Şəngörə zəng etdim. “İlbərin əmri baş üstünə” dedi.

Əslində bu, vida verilişi idi. Çəkdik, hələ yayımlamamışıq”, - deyə jurnalist bildirib.

Qeyd edək ki, İlbər Ortaylı 13 mart 2026-cı ildə 78 yaşında vəfat edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
2
axar.az

3Sources