EN

Gündə 7 saat canlı yayım açan bloqer qan sızmasından öldü

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Wang Yefei ləqəbi ilə “Wang Zha Abla” kimi tanınan 39 yaşlı çinli kontent yaradıcısı canlı yayım zamanı baş verən beyin qanaması nəticəsində həyatını itirib.Demokrat.az-ın məlumatına görə təxminən 130 min izləyicisi olan fenomen yayım zamanı qadın geyim məhsullarını təqdim edərkən qəfil özünü pis hiss edib. O, başını və boynunu tutaraq ətrafdakı əməkdaşlardan kömək istəyib və təcili yardım çağırılmasını xahiş edib. Xəstəxanaya çatdırılan bloqeri həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.Həkimlər ölüm səbəbini beyin sapında baş verən qanaxma kimi açıqlayıblar.Yerli media orqanları, Jimu News və VNExpress International yazır ki, Wang Yefei son vaxtlar güclü baş ağrılarından əziyyət çəkirmiş və bu ağrıları əsasən ağrıkəsicilərlə azaltmağa çalışırmış. O, gündə 7–10 saat canlı yayım edir, satışdan tutmuş sifarişlərin kargoya verilməsinə qədər bütün prosesi təkbaşına idarə edirdi. Bildirilir ki, gecələr cəmi 4–5 saat yatırdı.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
demokrat.az

1Sources