EN

Mart ayının bütün sosial ödənişləri vaxtından əvvəl ödənilib

Qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu ayın bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırılıb.

 

Bildirilib ki, bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib.

Chosen
42
41
qaziler.az

10Sources