EN

Lənkəranda hakimlər üçün təlimlər keçirilib

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə Lənkəran şəhərində hakimlər üçün mülki hüquq və mülki proses hüququ mövzularını əhatə edən təlimlər keçirilib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimləri Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev və həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, professor Konstantin Branovitski tədris ediblər.

Təlimlər hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və sonradan onların vasitəsilə digər hakimlərin, eləcə də hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub. 5 gün davam edən təlimlərdə müxtəlif instansiyalar üzrə 19 hakim iştirak edib.

Qeyd edək ki, ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu istiqamətdə hakimlərin hazırlığının davamlı olaraq təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
14
icma.az

10Sources