EN

Yaxın Şərqə göndəriləcək ABŞ hərbi təyyarələri Rumıniyada yerləşdirilir

ABŞ-nin Yaxın Şərqə göndəriləcək ilk 3 "Boeing KC-135 Stratotanker" yanacaqdolduran təyyarəsi Rumıniyaya çatıb.

"Report" xəbər verir ki, bu barədə "Digi24" telekanalı məlumat yayıb.

Təyyarələr Buxarestdə 90-cı aviabazada yerləşir. Orada onlara yanacaq doldurulacaq və ölkənin şərqindəki Mixail Koqelniçanu aviabazasına dislokasiya olunacaqlar.

Qeyd olunur ki, radiolokasiya sistemləri və hərbi qulluqçular hələ Rumıniyaya göndərilməyib.

Qeyd edək ki, ABŞ İrana qarşı əməliyyatların keçirilməsi üçün Mixail Koqelniçanu aviabazasından istifadəyə icazə verməsi ilə bağlı Rumıniyaya müraciət etmişdi.

Chosen
13
3
far.az

4Sources