EN

Dövlət Komitəsinin sədri Salyan rayonunda vətəndaşları qəbul edəcək

Bakı.TurkicWorld:

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, TurkicWorld xəbər verir ki,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun 16 mart tarixində Salyan rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Dövlət Komitəsinin sədri martın 18-də Şirvan şəhəri, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 136) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinə (əlaqə vasitələri: (070) 220 00 20, (021) 212 21 30, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Chosen
9
4
turkic.world

5Sources