EN

Gecə yarı bıçaqlanan qadın məhkəmədə sevgilisini bağışladı Təfərrüat

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Abşeron rayonunda 1964-cü il təvəllüdlü Təvəkkül qeyri-rəsmi münasibətdə olduğu Əsmərə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 29-da baş verib. Bakı şəhər sakini Təvəkkülü həmin gün gecə saat 3 radələrində yaşadığı fərdi yaşayış evində alkoqol sərxoşluğu vəziyyətində olarkən Əsmərlə mübahisə edib. Mübahisəyə səbəb isə qadının Təvəkkülün gecəyarısı evdən getməsini tələb edib. Amma o, qadının tələbinə əhəmiyyət verməyib. Bu məsələ bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılıqla əlaqədar qanlı olay baş verib. Təvəkkül bıçaqla onun bel nahiyyəsindən vurub. Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Əsmərlə ilə 7-8 ildir tanışdır və onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşayır:“Bu münasibətdən övladım yoxdur. Dekabrın 29-da, gecə saat 3 radələrində Əsmər ilə yaşadığımız evdə yemək yeyib, spirtli içki qəbul etdik. Sonra Əsmər mənim evdən getməyimi söylədi. Mən isə Əsmərə etiraz edərək evdə qalmağımı bildirdim. Bu zəmində aramızda sözlə mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək masanın üzərində olan mətbəxdə çörək kəsmək üçün istifadə etdiyimiz bıçağı götürdüm və onun bel nahiyəsindən bir dəfə zərbə vurdum”.Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra evdən gedərkən Əsmərə xəsarət yetirdiyi həmin mətbəx bıçağını da özü ilə götürüb: “Bıçağı yolun kənarında xatırlamadığım yerə atdım. Baş vermiş mübahisəmiz təxminən 3-5 dəqiqə davam etdi. Həmin vaxt evdə başqa şəxs olmayıb. Əsməri sadəcə qorxutmaq niyyəti ilə bir dələ bel nahiyəsindən bıçaqla vurmuşam”. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkəndə onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
demokrat.az

1Sources