EN

Kiyevə dron hücumu - Kliçkodan ÇAĞIRIŞ:evdə qalın!

Bu gün səhər Kiyevdə Rusiyanın Ukrayna paytaxtına pilotsuz təyyarəsinin hücumu zamanı bir sıra partlayışlar eşidilib.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, səhər saat 7:20 radələrində hava hücumu sirenləri səslənib, təxminən 20 dəqiqə sonra partlayışlar və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti eşidilib.

"Telegram" monitorinq kanallarına görə, 30-a qədər "Şahed" tipli dron enerji infrastrukturunu hədəf alır. Kiyev meri Vitali Kliçko "Telegram"da bildirib ki , pilotsuz təyyarənin qalıqları paytaxtın tam mərkəzinə düşüb. Yanğın və ya itki yoxdur. Düşmənin Kiyevə hücumu davam edir. Sığınacaqlarda qalın".

Aydın Baxış

Chosen
32
2
bakivaxti.az

3Sources