EN

Qazaxıstanda seçicilərin 87 faizindən çoxu yeni Konstitusiyanı dəstəkləyib - İlkin nəticələr

Bakı. Trend:

İlkin nəticələrə görə, Qazaxıstanda keçirilən referendumda yeniKonstitusiya layihəsi 7,9 milyon vətəndaş tərəfindən dəstəklənib.Bu, səs verən şəxslərin 87,15%-ni təşkil edir. Layihənin əleyhinəsəs verənlərin sayı isə 898 mindən çox olub (9,8%).

Trend xəbər verirki, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyası məlumatyayıb.

Səsvermə bülletenində yalnız bir sual yer alıb: “2026-cı il 12fevral tarixində Kütləvi İnformasiya Vasitələrində dərc edilmişQazaxıstan Respublikasının yeni Konstitusiya layihəsini qəbuledirsinizmi?”

Ümumilikdə səsvermədə 9,1 milyon insan iştirak edib ki, bu dareferenduma qatılmaq hüququ olan vətəndaşların 73,12%-ni təşkiledir. Qanuna görə, referendumu keçmiş saymaq üçün səsvermədəiştirak edənlərin sayı seçici hüququ olanların yarısından azolmamalıdır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, yeniKonstitusiya ölkəni yeni nailiyyətlərə və uğurlara aparacaq.

Ümumxalq referendumunda yüksək seçici fəallığını qeyd edənTokayev vurğulayıb ki, Qazaxıstan vətəndaşları birliyə, həmrəyliyəvə vətənpərvərliyə ən parlaq nümunəni nümayiş etdiriblər.

“Seçki məntəqələrinə gələn və vətəndaş mövqelərini açıq şəkildəifadə edən hər kəsə təşəkkür edirəm. Beləliklə, biz bütün dünyayaqazax cəmiyyətimizin siyasi mədəniyyətini göstərmiş olduq”, —Tokayev əlavə edib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 20yanvar 2026-cı il tarixində Qızılorda şəhərində keçirilən qurultayiclasında konstitusiya islahatlarının parametrlərini təqdim edib.Növbəti gün onun fərmanı ilə 130 nəfərdən ibarət konstitusiyakomissiyası yaradılıb – deputatlar, məmurlar, hüquqşünaslar daxilolmaqla. Altı iclasdan sonra komissiya ölkəyə yeni Konstitusiyanınlazım olduğunu bildirib və 12 fevral tarixində hakimiyyət orqanlarısənəd layihəsini təqdim edib.

Səsvermənin rəsmi nəticələri elan edilməzdən əvvəl Tokayevbildirib ki, 15 mart yeni Konstitusiya Günü elan ediləcək. 1996-cıildən etibarən Konstitusiya Günü 30 avqustda qeyd olunurdu.

Məqalədə:
Chosen
19
2
az.trend.az

3Sources