EN

Quranın nazil olduğu müqəddəs gecə - Bu gün Azərbaycanda Qədr gecəsidir

Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən növbəti Qədr (əhya) gecəsidir. Qədr gecəsi ramazan ayının 26-dan 27-nə, yəni martın 16-dən 17-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
38
49
olaylar.az

10Sources