EN

Körpəsini öldürən ananı hansı cəza gözləyir?

Azərbaycanda yeni doğulan uşağın anası tərəfindən qəsdən öldürülməsi qanunvericilikdə ayrıca cinayət əməli kimi nəzərdə tutulub və buna görə məsuliyyət müəyyən edilib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, belə hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi tətbiq edilir.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, ananın yeni doğduğu uşağı doğuş zamanı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi cinayət məsuliyyəti yaradır.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsinə əsasən, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, – deyə vəkil qeyd edib.

Vəkil vurğulayıb ki, belə hadisələr baş verdikdə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və hadisənin başvermə şəraiti, psixoloji vəziyyət, həmçinin digər hallar istintaq zamanı müəyyən edilir. Araşdırmanın nəticəsindən asılı olaraq məhkəmə tərəfindən müvafiq hüquqi qərar qəbul olunur.

Sara
NOCOMMENT.az

Chosen
12
nocomment.az

1Sources