EN

Tramp: İran rəhbərliyində iş görə biləcəyimiz fiqurlar var

ABŞ İran rəhbərliyi daxilində əlaqə qura biləcəyi fiqurlar var.

Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Lakin, yaxşı olacağını düşündüyümüz bəzi şeylər var. Biz bu barədə danışırıq. Görəcəyik ki, işlər necə gedəcək”, - Tramp İranın siyasi rəhbərliyi və ABŞ-İsrailin hərbi əməliyyatının məqsədləri ilə bağlı suallarını cavablandırarkən deyib.

Tramp həmçinin İran üzərində "qələbə" elan etmək və ona qarşı kampaniyanın bitdiyini elan etmək niyyətində olmadığını təsdiqləyib. "Bunun üçün heç bir səbəb yoxdur", - o vurğulayıb. 
Lakin o, əməliyyatın tez bir zamanda başa çatacağını bildirib. "Neft və digər malların qiymətləri əməliyyat bitən kimi kəskin şəkildə aşağı düşəcək. Və bu, tezliklə başa çatacaq", - o qeyd edib.
Tramp İrana hər hansı bir hücum üçün ABŞ quru qüvvələrindən istifadə etmək niyyətində olub-olmadığını dəqiqləşdirməkdən qəti şəkildə imtina edib: "Niyə sizə [qoşun] göndərib-göndərmədiyimi deməliyəm? Mən hərbi strategiyanı açıq şəkildə müzakirə etmirəm. Belə bir suala kim cavab verər?"

ABŞ prezidenti Donald Tramp Tehranın iddialarının əksinə olaraq, 
İranın “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinə hücumları ilə bağlı məsləyə aydınlıq gətirən Tramp bu faktı təkzib  edərək deyib ki,   gəmiyə hücum edilməyib. 

Mürtəza

Chosen
21
2
olke.az

3Sources