BAKI, 16 mart. TELEQRAF
Ermənistanın yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır, onun hakim “Vətəndaş Müqaviləsi" Partiyasının idarə heyətinin iclasında, eləcə də eyni adlı parlament fraksiyasında müzakirəsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib.