EN

Starmer Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edir - KİV

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın müraciətinə baxmayaraq, Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün hərbi gəmilər göndərməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın enerji katibi Ed Miliband hökumətin boğazın yenidən açılması üçün mümkün addımları “intensiv şəkildə araşdırdığını”, lakin hələlik hər hansı konkret öhdəlik götürmədiyini bildirib.

Bildirilir ki, nazirlər mina axtarışı üçün dronların göndərilməsi məsələsini müzakirə etsələr də, indiki mərhələdə boğaza hərbi gəmilərin göndərilməsi planlaşdırılmır.

Qəzetin yazdığına görə, hərbi gəmilərin göndərilməsindən imtina Starmer və Tramp arasında münasibətləri daha da gərginləşdirə bilər. ABŞ prezidenti artıq Londonun İrana qarşı ilkin zərbələr üçün öz hərbi bazalarından istifadəyə icazə verməməsindən narazılığını bildirib.

Aminə ŞAHSUVARQIZI

Chosen
28
redaktor.az

1Sources