EN

Avropa çempionu: Əziyyətimin bəhrəsini gördüm

Rəqiblərimin hər biri təcrübəli idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev deyib.

82 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib: “Turnirə ciddi hazırlaşmışdım. Əziyyətimin bəhrəsini gördüm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

O, növbəti hədəfləri barədə də danışıb: “Qarşıda gənclər arasında Avropa çempionatı var. Daha sonra dünya çempionatları var. Hər birində iştirak etməyə çalışacağam. Məşqçilərim məsləhət görsələr, böyüklərin yarışında da çıxış edəcəyəm”.

Chosen
27
1
yeniazerbaycan.com

2Sources