EN

Tramp NATO nu hədələdi: İran məsələsində dəstək olmasa...

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Donald Tramp bildirib ki, müttəfiqlər Hörmüz boğazının açıq qalmasına kömək etməsələr, NATO “çox qaranlıq” gələcəklə üzləşə bilər.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Financial Times qəzetinə müsahibəsində İrana qarşı hücumlar, Çinə planlaşdırılan səfəri və boğaz ətrafındakı gərginlik barədə danışıb.

Onun sözlərinə görə, Avropa və Çin ABŞ-la müqayisədə Körfəz neftindən daha çox asılıdır. Tramp qeyd edib ki, boğazdan istifadə edən ölkələrin orada hər hansı xoşagəlməz hadisənin baş verməməsini təmin etməsi məntiqlidir.

ABŞ lideri xəbərdarlıq edib ki, müttəfiqlərdən müsbət cavab gəlməzsə, bu, NATO-nun gələcəyi üçün mənfi nəticələr doğura bilər.

O, həmçinin vurğulayıb ki, Vaşinqton məcburiyyətində olmasa da, Ukrayna məsələsində alyansa dəstək verib və əlavə edib: “Biz onların yanında olacağıq, amma onlar bizim yanımızda olmayacaqlar. Açığı, bunun nə vaxtsa baş verəcəyinə də əmin deyiləm”.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
icma.az

1Sources