EN

Meningit epidemiyasından 2 nəfər öldü

Birləşmiş Krallıqda yerləşən Kent Universitetində ortaya çıxan Meningit epidemiyası nəticəsində 2 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, ölkə mediasında yayılan xəbərlərə görə, Canterbury bölgəsində baş verən meningit yayılması səbəbindən 2 nəfər ölüb, 11 nəfər isə xəstəxanada müalicə olunur.

Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin 18–21 yaş arasında olduğu və Kent Universitetinin tələbələri olduğu bildirilib.

Bildirilir ki, UKHSA mütəxəssisləri xəstəliyə yoluxan şəxslərlə görüşərək yaxın təmasda olanları müəyyənləşdirməyə çalışırlar.

Meningitin əsas əlamətlərinə yüksək hərarət, qusma və getdikcə güclənən baş ağrısı daxildir.Bildirilir ki, xəstəlik həyati təhlükə yaradan Sepsisə də səbəb ola bilər.

Meningit və sepsis əlamətləri olan şəxslərə ən yaxın təcili tibbi yardım xidmətinə müraciət etmələri və ya 999 təcili yardım xəttinə zəng etmələri tövsiyə olunub.

UKHSA-nın Cənub-Şərq bölgəsi üzrə sədr müavini Triş Mannes bildirib ki, meningit əlamətləri bəzən soyuqdəymə, qrip və ya alkoqol qəbulundan sonra yaranan narahatlıqlarla asanlıqla qarışdırıla bilər.

Chosen
37
1
cebheinfo.az

2Sources