EN

Yanvarda təyin edilən pensiyalarda 9,1 faizlik artım olub

Bakı.Trend:

Yanvar ayında təyin olunan aylıq pensiyaların orta məbləği ötənilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artıb.

Trend xəbərverir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatındaqeyd edilir.

Hesabata görə, 2026-cı il yanvarın 1-i vəziyyətinə Dövlət SosialMüdafiə Fondunda 1098,9 min (ötən ilin yanvarın 1-i vəziyyətinə1098,3 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin10,7 faizini təşkil edir.

Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiqdövrü ilə müqayisədə 9,1 faiz artaraq 541,6 manat təşkil etmiş vəorta aylıq əməkhaqqının 49,1 faizinə bərabər olub.

Məqalədə:
Chosen
10
2
az.trend.az

3Sources