ABŞ Prezidenti Donald Tramp rəhbərliyi İranı hədəf alan hərbi əməliyyatların indiyədək 12 milyard dollara başa gəldiyini qeyd edib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett "CBS News" telekanalının "Face the Nation" proqramının qonağı olub.
Hassett Tramp rəhbərliyinin İrana qarşı hücumlarının ABŞ-yə hazırda təxminən 12 milyard dollara başa gəldiyini söyləyib.
ABŞ-nin mövcud silah ehtiyatlarının kifayət qədər olduğunu müdafiə edən Hassett bu mərhələdə Konqresdən əlavə büdcə tələb etməyi planlaşdırmadıqlarını ifadə edib.
"İranlıların etdikləri Amerika iqtisadiyyatına zərər verə bilməyəcək", - deyən Hassett ABŞ-nin 1970-ci illərdən fərqli olaraq artıq nəhəng bir neft istehsalçısı olduğunu vurğulayıb.
Digər tərəfdən, ABŞ-nin İrana qarşı başlatdığı əməliyyatların yalnız ilk 6 günündə maliyyə xərclərinin 11,3 milyard dolları keçdiyi iddia edilmişdi.